“İndiki zamanda dəqiq proqnozlar vermək çətindir. Bu göstəricilər proqnozlardan daha çox arzulardır”.
Hesablama Palatası: İnflyasiya ilə mübarizədə əməkhaqqı artımları risk yaradır
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
O qeyd edib ki, ötən il inflyasiya 14 %-ə, ərzaq üzrə isə 20 %-ə yaxın olub: “Onun aşağı düşməsi proqnozlaşdırılır. Hökumətin proqnozlarında bu il 10,4 %-dir. Mərkəzi Bank isə bir az da irəli gedərək inflyasiyanı 8,3 %-ə endirir. Sual edirəm ki, buna rıçaqlarınız varmı? Əgər beynəlxalq praktikada tətbiq olunan uçot dərəcəsindən rıçaq kimi istifadə etməkdən söhbət gedirsə, açıq deyək ki, Azərbaycan şəraitində həmin uçot dərəcəsi işləmir.
Əgər sərt monetar siyasətə keçilsə, bu ÜDM-in artımını 1,8 %-dən aşağı salacaq, ciddi əlavə problemlər yaradacaq. Azərbaycanda inflyasiya heç də monetar amillərlə bağlı deyil. Burada qeyd olundu ki, 2023-cü ildə əməkhaqları 10 faiz ətrafında artacaq. Lakin belə çıxır ki, bu il əhalinin real gəlirlərinin artırılması istiqamətində heç nə olmayacaq. Əməkhaqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək”, - deyə deputat vurğulayıb.