Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin yanvarın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən verilən məlumata görə, ötən il AÇQ yataqları üzrə fond 5 100 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 64 mln. ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.01.2017 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 122,109 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.