Makroiqtisadi sabitliyin təmin edilməsi üçün Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) köçürülməsi nəzərdə tutulan 7,5 mlrd. manat məbləğ tam icra olunmaya bilər.
FED.az Report-a istinadən xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Bu ilin I rübündə Mərkəzi Banka 2,279 mlrd. manat köçürülüb. Hesab edirik ki, nəzərdə tutulan tam məbləğ icra olunmayacaq. Amma dəqiq rəqəm demək indidən çətindir".