Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Almaniyanın Frankfurt şəhərində yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə yatırdığı investisiyanın məbləği açıqlanıb.
Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında göstərilir ki, ötən il ARDNF Frankfurtda yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə 10 mln. avro investisiya yatırıb.
Qeyd edək ki, bu daşınmaz əmlak kompleksində ARDNF-in iştirak payı 41 mln. avro təşkil edir.