Azərbaycanın bir neçə məhsulunun Avropa İttifaqı (Aİ) ölkələrinin bazarlarına çıxışında 20 %-lik "yaşıl dəhliz"ə nail olunub.
FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Digər tərəfdən ölkəmizin akvakultura kürüsünün və dəri məhsullarının Aİ ölkələrinə ixracına icazə verilib. Hazırda Azərbaycanın istehsal elədiyi balıq və digər dəniz məhsullarının də həmin ölkələrə ixracının həyata keçirilməsi üçün işlər aparılır", - deyə o qeyd edib. (Report)