2022-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin aprel ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Qeyri-neft ixracında pambıq mahlıcı 1-ci, karbamid 2-ci, pomidor 3-cü yeri tutub
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin aprel ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard ABŞ dolları təşkil edib.
Həmçinin, “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 milyon ABŞ dolları olub.