İqtisadiyyat Nazirliyi (İN) yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBTVX) nümayəndə heyəti 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak etmək üçün Rusiyaya səfər edib.
Qadağan olunmuş reklama görə 4 televiziya kanalına - XƏBƏRDARLIQ EDİLDİ
FED.az xəbər verir ki, 11-13 may tarixlərində baş tutan Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu ictimai maraqlar naminə hüququn modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və antiinhisar nəzarəti məsələləri üzrə dövlət orqanları, hüquq sahəsində fəaliyyət göstərən orqanlar və elmi fəaliyyətlə məşğul olan qurumlar arasında dialoq üçün ən böyük beynəlxalq platformalardan biridir.
Forum çərçivəsində antiinhisar tənzimlənməsinin aktual aspektləri, bazarlarda rəqabət şərtləri, tənzimləyici orqanlar arasında qarşılıqlı əlaqələrin qurulması, rəqabətin inkişafı sahəsində beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətlərində qarşılıqlı müzakirələr aparılıb, müvafiq sahələr üzrə təqdimatlar edilib.