Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahəsində daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 33 hüquqi, 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edib və qanunamüvafiq tədbirlər görüb.
Azərbaycanda halal infrastrukturun formalaşdırılması imkanları - MÜZAKİRƏ OLUNUB
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter səhifəsində yazıb.
"Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılması (22 halda) və qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (12 halda) ilə bağlı hallar digər qanun pozuntularına nisbətdə üstünlük təşkil edib", - deyə M.Abbasbəyli qeyd edib.