Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və ABŞ-ın Bakıdakı səfiri LiLitzenberqer cümə axşamı mobil aşkarlama avadanlığının Komitəyə verilməsinə həsr olunan tədbirdə iştirak ediblər.
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilir.
Qeyd olunur ki, ABŞ-ın Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Azərbaycana təqdim olunan avadanlığın məbləği 250 min ABŞ dolları olacaq.
Azərbaycanda EXBS proqramı 1999-cu ildən etibarən həyata keçirilir. Bu dövr ərzində Azərbaycana təqdim olunan yardımların ümumi məbləği 25milyon ABŞ dollar təşkil edir.
Mərasimdə çıxış edən Litzenberqer qeyd edib ki, təqdim olunan Amerika avadanlığı hesabına Azərbaycan enerji infrastrukturunun müdafəsi və səhədlərinin müdafiəsini yaxşılaşdırıb.
“Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq.Təqdim etdiyimiz rentgenskaynerləri və radarlarkimiavadanlığın istifadəsi nəticəsində Azərbaycan özünün enerjiinfrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirmişdir”, - o bildirib.
Öz növbəsində, Mehdiyev göstərilən yardıma və Azərbaycan gömrükçülərinin bilik və bacarıqların mənimsənilməsindəki dəstəyə görə ABŞ-a təşəkkürünü bildirib. Azərbaycan və ABŞ arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyin ibildirib.