"Azərbaycana səfərim zamanı regional məsələləri, Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrilməsini müzakirə etdik".
Bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.
O, görüşlərdə təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparıldığını da bildirib, Əfqanıstan məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
B. Brink ABŞ-ın Azərbaycanla ticarət əlaqələrinin dərinləşməsində maraqlı olduğunu da vurğulayıb.