Azərbaycan Mərkəzi Bankı metal pul nişanlarının hesablanması və ayrılması üçün sistem alışına dair tender elan edib. Bu barədə bankdan məlumat verilib.
Tenderin şərtlərinə əsasən, bu sistemin təchizatı müqavilə imzalanandan sonra 60 gün ərzində tenderin qalibi tərəfindən həyata keçirilməlidir.
Qalibin seçimi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: qiymət və texniki şərtlər.
Tenderdə iştirak üçün dövlət rüsumu 150 manat təşkil edir.
Tenderə dair təkliflər aprelin 24-dək qəbul ediləcək. Tender proseduru aprelin 25-də baş tutacaq.
İnterfax©