2020-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,2 milyard təşkil edib.
Eləcə də bax: İMF Azərbaycanla məsləhətləşmələri - TƏXİRƏ SALDI
FED.az xəbər verir ki, bu barədə “İnterfaks”a Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $808,7 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin I rübündə birbaşa xarici investisiyaların həcmi 48,4% artıb.
Hesabat dövründə birbaşa xarici investisiyaların 80%-i (2019-cu ilin I rübündə 84,3%-i) neft-qaz sektorunun payına düşüb.
I rübdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $237,2 milyon (artım 87,2%), xüsusi çəkisi 20% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycan şirkətləri xaricdə $336,6 milyon (azalma 2,4 dəfə), o cümlədən neft-qaz sektoruna $199 milyon (azalma 3,2 dəfə), digər sektorlara $137,6 milyon (artım 24%) məbləğində birbaşa investisiya yatırıb.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
2020-ci ilin I rübünün yekunları üzrə xalis maliyyə aktivləri $1 milyard 526,7 milyon (artım 21,7%), öhdəliklər $132,6 milyon (azalma 7,8 dəfə) təşkil edib.
2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,9% artaraq $4,3 milyard təşkil edib.