Qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar – dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək.
2024-cü ildə də antiinflyasiya tədbirləri - DAVAM ETDİRİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qeyd olub ki, xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər.
Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin qlobal miqyasda reallaşması da müxtəlif kanallarla ölkədəki makroiqtisadi sabitliyə təsir edə bilər.
Hesabatda bildirilib ki, mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə Mərkəzi Bankın böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur.