Bu ilin yanvar-avqust aylarında “Amazon” və “eBay” elektron ticarət platformalarında Azərbaycanın 40-dan çox çeşiddə yaradıcı mədəniyyət sənayesi məhsulu satışa çıxarılıb.
Eləcə də bax: Azərbaycan mallarının “Amazon” və “eBay”da - SATIŞI BAŞLANIB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, pilot layihə çərçivəsində hazırda nümayiş olunan məhsullara xarici alıcılar tərəfindən böyük maraq var. Bunu nəzərə alaraq, bu qəbildən olan məhsulların “Amazon” və “eBay” platformalarında sayının artırılması nəzərdə tutulur.
Bu məqsədlə sənətkarlıq işləri, milli suvenirlər, rəsm əsərləri, əl işləri və digər yaradıcı mədəniyyət sənayesi məhsulları istehsal edən fərdi sahibkarlar “Azexport” portalı ilə əməkdaşlıq əlaqələri qura bilərlər.
Qeyd edək ki, portal tərəfindən təqdim olunan xidmətə dair komissiya və ya əlavə ödəniş tələb olunmur.