Rusiya Federal Statistika Xidmətinin cümə günü açıqladığı məlumata görə, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyalar çərçivəsində Almaniyanın Rusiyaya ixracı bu ilin aprel ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 63,1% azalaraq 0,9 milyard avroya düşüb.
FED.az xəbər verir ki, "2022-ci ilin aprel ayında Rusiya Almaniyanın Avropa İttifaqından kənarda ticarət tərəfdaşları arasında 14-cü yeri tutub.
Eləcə də bax: Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkələr - SİYAHI
Ümumilikdə, üçüncü ölkələr adlandırılan Aİ-dən kənar ölkələrə Almaniyanın ixracı aprel ayında mart ayı ilə müqayisədə 4,1% artaraq 56,2 milyard avro təşkil edib.
Bu ilin aprel ayında Almaniyanın ən mühüm ticarət tərəfdaşı ABŞ olub. Almaniya ABŞ-a 12 milyard avro dəyərində mallar ixrac edib. ABŞ-a ixrac 2021-ci ilin aprel ayı ilə müqayisədə 19% artıb. Nöcvəti yerlərdə Çin (8,3 milyard avro) və Böyük Britaniya (5,4 milyard avro) gəlir. Belə ki, Almaniyanın Çinə ixracı illik müqayisədə 1,1% azalıb. Böyük Britaniyaya gəlincə, əksinə, 2021-ci ilin aprel ayı ilə müqayisədə 5,6% artıb.
Aprel ayı üzrə yekun məlumatlar iyunun 3-də açıqlanacaq. (Marja)