Almaniya tərəfindən Azərbaycanın əsas kapitalına 488,3 milyon ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 405,4 milyon dollar həcmində investisiya qoyulub.
Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev noyabrın 24-də Bakıda keçirilən "Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli işçi qrupun 60-cı iclası"nda deyib.
Bildirilib ki, alman şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi iştirak edirlər.