Azərbaycanda aksizli malların siyahısının genişləndirilməsi təklif edilir.
FED.az xəbər verir ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə, energetik (alkoqollu və alkoqolsuz) içkilər, avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla), elektron siqaretlər üçün mayelər də aksizli malların siyahısına əlavə ediləcək.
Bundan əlavə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 20 manat (əvvəl12 manat) aksiz vergisi hesablanacaq.
Alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, siqarlar, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tətbiq edilməsi nəzərdə tutulur.