Bu il yanvar-noyabr ayları üzrə büdcə daxil olmaları 361014.4 min mnat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 432,80 min manat və ya 31,47% çoxdur. Ötən il büdcə daxilolmaları 274581.60 min manat olub.
FED.az xəbər verir ki, dekabrn 1-nə olan məlumata görə, gömrük rüsumu üzrə büdcə daxilolmaları 89500.3 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16 791,90 min manat və ya 23,09% çoxdur.
Eləcə də bax:Gömrük məntəqələrində - ELEKTRON NÖVBƏ BAŞLADI
Bu il ƏDV üzrə daxilolmalar da artıb. Belə ki, bu il bu göstərici 253020.5 min manat təşkil edib. Ötən il bu rəqəm 180371.00 min manat idi. Nəticədə ötən illə müqayisədə 72 649,50 min manat və ya 40,27% artım olub.
Cari ildə yol vergisindən dövlət büdcəsinə 4962.3 min manat daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 500,60 min manat və ya 11,21% çoxdur.
Bu il yeganə azalma aksizlər üzrə büdcə daxilolmalarında olub. Belə ki, bu il 13531.3 min manat aksiz vergisi üzrə büdcəyə vəsait daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 509,20 min manat və ya 20,59% azdır.