Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın inflyasiya proqnozunu kəskin azaldıb.
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb
FED.az xəbər verir ki, bu barədə bankın "Asiyanın İnkişaf Perspektivləri" hesabatının sentyabr sayında bildirilir.
AİB Azərbaycanda orta illik inflyasiya tempi üzrə proqnozunu 2024-cü il üçün 5,5%-dən 2,1 %-ə, 2025-ci il üçün isə 6,5%-dən 3,8 %-ə endirib. Bu isə Bankın aprel proqnozunu ilə müqayisədə müvafiq olaraq 3,4% və 2,7% bəndi azdır. (Apa)