“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “VPS Healthcare” şirkəti 2017-ci ilin yayında birgə əczaçılıq zavodunun təməlini qoymağı planlaşdırır. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün jurnalistlərə məlumat verib.
“Əczaçılıq zavodunu təməli yay aylarında Pirallahı Sənaye Parkında qoyulacaq. Gələn ay “VPS Healthcare” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirəcəyik”, - deyə S.Babayev bildirib.
2017-ci ilin fevral ayında “AİŞ” ASC və “VPS Healthcare” şirkəti arasında Azərbaycanda dərman preparatlarının birgə istehsalına dair Anlaşma Memorandumu imzalanıb.