İqtisadiyyat naziri Mikayıl Cabbarov “Airbus” şirkətinin icraçı vitse-prezidenti və Avropa üzrə prezidenti Vouter Van Vörş ilə görüşüb.
Nazir: “AZAL ölkədə illik gəlirləri 1 milyard manatın üzərində olan nadir şirkətlərdəndir”
Nazirlikdən FED.az-a bildirilib ki, görüşdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar, biznes və investisiya mühiti barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirə aparılıb. Ölkəmizin təyyarə parkının yenilənməsi çərçivəsində Azərbaycan Hava Yolları (AZAL) QSC ilə “Airbus” şirkəti arasında imzalanan müqavilənin əhəmiyyəti vurğulanıb. Həmçinin “Airbus”la əməkdaşlıq çərçivəsində alınacaq yeni təyyarələrin milli aviadaşıyıcımızın səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verəcəyi qeyd olunub.
Qeyd edək ki, “Airbus” 2000-ci ildə Fransanın “Aerospatiale-Matra”, Almaniyanın “DaimlerChrysler Aerospace” və İspaniyanın “Construcciones Aeronáuticas SA” şirkətləri də daxil olmaqla, Avropanın bir neçə aerokosmik şirkətinin birləşməsi ilə yaradılıb. “Airbus” dünyanın ən böyük təyyarə istehsalçılarından biridir və portfelində 150-dən çox təyyarə modeli var.