Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yerləşdiyi Qafqaz və Mərkəzi Asiya (CCA) regionu üçün 2023-ci il üzrə iqtisadi artım proqnozunu yeniləyib.
BVF Azərbaycanda iqtisadi artım - Proqnozunu Yeniləyib
FED.az xəbər verir ki, bu barədə AİB-in hesabatında bildirilib. Bank 2023-cü il üzrə real ümumdaxili məhsulun artımını 4,2% müəyyən edib. Ötən il üzrə bu rəqəm 4,8% təşkil etmişdi.
Asiya İnkişaf Bankı region üzrə inflyasiya proqnozunu 2023-cü ildə dəyişməz olaraq 8,5% proqnozlaşdırıb. AİB 2022-ci ilin sonuna isə Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiyanı 12,5% müəyyən etmişdi.
"Çətin qlobal mənzərənin Qafqaz və Mərkəzi Asiyadan başqa Asiyanın bütün subregionlarında iqtisadi artımı yavaşlatacağı gözlənilir" - deyə AİB-in şərhində qeyd edilib. (Apa)