Avropa Komissiyasının bu gün, aprelin 7-sində təsdiqləməyi planlaşdırdığı kömür tədarükünə qoyulan qadağa avqustun ortalarında – ilkin nəzərdə tutulduğundan bir ay gec qüvvəyə minəcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, kömür idxalının mərhələli şəkildə dayandırılması Rusiya əleyhinə sanksiyaların beşinci paketində ən sərt tədbirlərdən biri olacaq. Avropa Komissiyasının məlumatına görə, Avropaya kömür tədarükünə qoyulan qadağalar səbəbindən Rusiya hər il təxminən 4,36 milyard dollar gəlir itirəcək.
Kömür embarqosu Rusiyanın Avropa Birliyinə enerji ixracına qadağa qoyulan ilk hadisə olacaq. Eyni zamanda, agentlik aydınlaşdırıb ki, Aİ-yə qaz və neft tədarükü məhdudiyyətsiz həyata keçirilir.