Sentyabrın 27-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada sahibkarlar üçün treninq keçirilib.
“Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Menecment” mövzularını əhatə edən treninqdə yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı, menecment və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.
Ağstafada sahibkarlar üçün treninq keçirilib
15:39
27 Sen 2017