"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib.
C.Əsgərov əlavə edib: "Bu layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".