Asiya İnkişaf Bankının (ADB) “Azərbaycanın "Şahdəniz-2" investisiya planı” texniki dəstək layihəsindəki meneceri dəyişib. FED.az Report-a istinadən xəbər verir ki, bankın adıçəkilən layihə üzrə meneceri xanım Meqan Volfu Roland Pladet əvəz edib.
Qeyd edək ki, ötən ilin oktyabrında “Azərbaycanın "Şahdəniz" qaz yatağının genişləndirilməsi Layihəsi”ndə də R.Pladet M.Volfu əvəz etmişdir.
Xatırladaq ki, adıçəkilən texniki dəstək layihəsinə ayrılan qrantın ümumi məbləği 1 mln. ABŞ dollarıdır. Qrant layihəsi çərçivəsində investisiya planı və birinci tranşa qədər olan bütün işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ADB ötən ilin dekabrında “Cənub Qaz Dəhlizi” layihəsi üçün 1 mlrd. ABŞ dolları həcmində kreditin ayrılması ilə bağlı qərar qəbul edib.