Azərbaycanda tətbiq olunan iqtisad iartım modeli əhalinin sosial rifahına əhəmiyyətli təsir göstərir.
Eləcə də bax: "Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib"
FED.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb ki, ötən il ölkəmizdə adambaşına ümumi daxili məhsul (ÜDM) 5 min 452 dolları üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollaradək çoxdur.
Nazir paylaşdığı başqa bir məlumatda bildirib ki, 2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 mmilyard manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2% yerinə yetirilib. (Marja)