Adambaşına məhsul istehsalı üzrə Azərbaycanın ən güclü və zəif bölgələri məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəriciyə görə ilk yeri Bakı şəhəri tutur. Ölkədə orta göstərici 5 825,7 manat olduğu halda, Bakıda bu göstərici təqribən 3 dəfə artıq – 19,8 min manat təşkil edir. İkinci yeri 15 950 manat göstərici ilə Naxçıvan şəhəri, 3-cü yeri 11 437 manat göstərici ilə Xızı rayonu tutur.
Eləcə də bax: Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
Adambaşına məhsul istehsal üzrə ən aşağı göstərici işğal altında olan Zəngilan rayonunda qeydə alınıb – 19 manat.
İşğal altında olmayan rayonlar arasında adambaşına məhsul istehsalının həcminə görə ən aşağı göstərici Yardımlıdadır – 948 manat.
FED.az Azərbaycanın rayon/şəhərlərinin adambaşına məhsul istehsalı üzrə göstəricilərini təqdim edir.