Sentyabrın 20-də ABŞ hökumətinin qərarı ilə Çin istehsalı olan 437 adda mal idxal rüsumlarından azad ediləcək. FED.az CNBC-yə istinadən xəbər verir ki, ABŞ-ın ticarət nümayəndəliyi sanksiyaların müvəqqəti dayandırılması ilə bağlı sənədləri yaxın günlərdə dərc edəcək. Burada göstəriləcək ki, qərar amerikan şirkətlərinin müraciəti əsasında qəbul edilib. Müraciətlərdə ümumilikdə 1000 Çin məhsulunun sanksiya altından çıxarılması xahiş olunurdu.
Sanksiyadan azad edilən malların tam siyahısı hələlik açıqlanmır, amma buraya plastik qablar, yolka işıqları, sap edilən plataların olması dəqiqləşib. Hələlik ümumilikdə nə qədər məhsul həcminin sanksiya alğından çıxarılması da açıqlanmır. Qeyd edək ki, bir il əvvəl tətbiq edilən sanksiyalar 250 milyard dolları əhatə edirdi.
İqtisadçı Nik Marro ehtimal edir ki, bu addım ABŞ-Çin münasibətlərindəki hər hansı irəliləyişlə deyil, ABŞ-ın öz daxilində yaranmış vəziyyətdə bağlıdır, hansı ki, ticarət müharibəsi təsir edir. «Hinrich Foundation»-dan Stiven Olsen də bildirir ki, bu qərar əslində ticarət müharibəsinin ABŞ-a da mənfi təsir etməsinin göstəricisidir.
Qeyd edək ki, dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət müharibəsi ilyarım əvvəl başlayıb. Bununla bağlı ABŞ-Çin danışıqları oktyabra təyin edilib. Danışıqlar öncəsi tərəflər əvvəl elan etdikləri bəzi sanksiyaların tətbiqini dayandırıblar.