ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Eləcə də bax: ABŞ Rusiyaya mühərrik ixracına qadağa - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, məlumat nazirliyin saytında yerləşdirilib.
Bildirilir ki, Rusiyadan olan daha 33 fiziki şəxs, 22 şirkət və Rusiya bayrağı altında üzən 69 gəmi sanksiya siyahısına salınıb.
Sanksiya siyahısına əlavə olunan şirkətlıər arasında banklar və ərzaq istehsalında ixtisaslaşan şirkətlər üstünlük təşkil edir. (Apa)