ABŞ iqtisadiyyatı 2022-ci ilin 1-ci rübünü 1,6%-lik geriləmə ilə başa vurub.
FED.az xəbər verir ki, bu – pandemiyanın baş verdiyi 2020-ci ildən bəri ilk geriləmədir. Qeyd edək ki, ölkə iqtisadiyyatında geriləmənin olacağı gözlənilirdi, amma geriləmənin 1,5% olacağı proqnoz edildiyi halda, geriləmə 1,6% təşkil edib.
ÜDM-in qiymət indeksi isə gözlənilən 8,1% əvəzinə 8,2% təşkil edib.
Ölkədə şəxsi istehlak xərcləri əvvəlki rübdə 2,5% artdığı halda, bu rüb cəmi 1,8% artıb, halbuki bu rəqəmin 3,1% olacağı gözlənilirdi. Qeyd edək ki, 2021-ci ilin sonuncu rübündə ABŞ-da 6,9% iqtisadi artım baş vermişdi.
Ölkədə inflyasiya isə son 40 ildə pik həddədir, amma iqtisadçılar geriləmənin tənəzzül əlaməti olmadığını bildiriblər.