Şimali Dakotadakı Bakken adlı amerikan şist hövzəsində neft hasilatı (dünyanın ən bahalı şist formaiyalarından biri) sutka ərzində bareli 1 milyon səviyyəsindən də aşağı düşmüşdür. Bu isə 2-illik müddətdə müşahidə edilən ən aşağı səviyyədir.
Cari ilin avqust ayı üzər məlumatlara əsasən Bakken yataqlarında neft hasilatı günə 981 min barel təşkil edirdi. Ştatda qaz hasilatı isə avqustda 3.5%-ə düşmüş və sutkaya 164 milyard kub metr təşkil etmişdi.
Şimali Dakotanın mineral ehtiyatlar üzrə departament rəhbəri Linn Helms 2017-ci ilin ortalarına ştatda neft hasilatının sutkada təxminən 900 min barel təşkil edəcəyini və daha sonra bərpa olunmağa başlayacağını proqnozlaşdırır.
Bakken yatağında neft hasilatının xalis qiyməti ABŞ-da ən yüksək olanıdır və hələ ki, qiymətlər barel üzrə 60 dollardan aşağı qaldığı müddətdə bu şist layihəsi üzrə çalışan bir çox şirkətlərə burğu işlərini əvvəlki həcmdə davam etdirmək sərf eləmir. Bundan əlavə, Şimali Dakota Meksika körfəzi rayonunda cəmləşən əsas neft çıxarma yerlərindən uzaqda yerləşir.
Bununla belə, OPEK-in hasilat həcmləri sentyabrda 8illik maksimumuna çatmışdır.
investing.com©