Maliyyə ilinin nəticələrinə görə, ABŞ-ın büdcə kəsiri 17% artaraq 779 milyard dollara çatıb. FED.az-ın məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir ki, hazırda büdcə kəsiri ÜDM-nin 3,9%-nə çatıb ki, bu da son 6 ildə rekord göstəricidir.
Buna baxmayaraq hesabat müəllifləri Trampın vaxtında ABŞ iqtisadiyyatının gücləndiyini bildirirlər. Nazirliyin hesabatına görə, ötən maliyyə ilində büdcənin xərclər hissəsi 3,2% və ya 127 milyard dollar, gəlrrləri isə cəmi 0,4% və ya 14 milyard dollar artıb.
Bu dövrdə ən çox müdafiə xərcləri (33 milyapd dollar artaraq 664,7 milyard dollara çatıb) və sosial müdafiə (43 milyard dollar artaraq 988 milyard dollara çatıb) xərcləri artıb.