ABŞ-dan Türkiyəyə sanskiya
08:50
2 Avq 2018
Türkiyə ilə ABŞ arasında uzun müddətdir gərginliyə səbəb olan amerikalı rahib Andrew Brunson-un həbsi və sonra da ev həbsinə buraxılmasıyla onsuz da sanksiyaların gələcəyi məlum idi. Bu özünü çox da gözlətmədi və Amerika höküməti Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Abdulhamit Gülü, sanksiya siyahısına aldı.
ABŞ prezidenti Donald Trump, Türkiyədə “insan haqqlarının pozulduğu” üçün ABŞ Xəzinədarlıq Departamentinə, Türk nazirlərin ABŞ-da aktivləri dondurulmasına, ABŞ-a girişlərinin qadağan olunması və ABŞ vətəndaşlarının nazirlərlə hər hansı iqtisadi əlaqəyə girməyi qadağan edilməsi üçün göstəriş verib.
Amerikanın sanskiyaları təkcə bununla kifayətlənməyib. Hətta axşam saatlarında Türkiyədə dolların məzənnəsi 5 lirəni keçərkən, avronun məzənnəsi isə 5.88 lirəyə yaxınlaşıb.