“Amerika büdcəsinin ödənilməmiş xərcləri ölkədə inflyasiyanın əsas səbəblərindən biri deyil”.
ABŞ-ın bank sistemi - “Mənfi” Statusa Keçib
FED.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
ABŞ Senatının Maliyyə Komitəsinin dinləmələrində senator Ron Conson nazirdən “gəlirləri üstələyən nəhəng büdcə xərcləri, yüksək enerji qiymətləri və təchizat zəncirinin pozulması ABŞ-da inflyasiyasının əsas səbəbləridir?” soruşub.
Nazir isə senatorun sualına cavabında deyib: “Mən hesab etmirəm ki, kəsir xərcləri inflyasiyanın əsas səbəblərindən biridir. ABŞ-da yüksək inflyasiyanın bir çox səbəbi var. Əmtəə qiymətlərinin qalxması ölkə iqtisadiyyatı üçün bir nömrəli problemdir”.
Öz növbəsində R. Conson, müxtəlif hesablamalara görə, demokrat Cozef Baydenin prezidentliyinin ilk üç ilində büdcə kəsirinin ümumilikdə 5,7 trilyon dollar olacağını və bunun inflyasiyaya ciddi təsir etdiyini vurğulayıb. Respublikaçı əlavə edib ki, yaxın on il ərzində analitiklərin fikrincə, ABŞ-ın dövlət borcu 32 trilyon dollardan 50 trilyon dollara yüksələcək. (Report)