ABŞ-da Co Bayden hökuməti indiyə qədər təxminən 156 milyon insana 372 milyard dollarlıq yardım çeki paylayıb.
Eləcə də bax: Bayden: “Dörd nəfərlik bir ailəyə 5 600 dollar yardım veriləcək”
FED.az xəbər verir ki, məlumata görə, yardımların böyük əksəriyyəti sosial təminat və dəstək alan insanlara verilib.
Xatırladaq ki, ABŞ-ın yeni prezidentinin fəaliyyətinin ilk 100 günündə əsas hədəfi bu çeklərin paylanılması, eləcə də məktəblərin yenidən açılması idi. (Report)