Bu il ABŞ 175,08 milyard dollar həcmində silah ixrac edib. Bu da ötən illə müqayisədə 2,8 faiz çoxdur.
FED.az xəbər verir ki, xəbəri Dövlət Departamenti yayıb.
Eləcə də bax: ABŞ-ın büdcə kəsiri ölkə tarixində yeni antirekord vurub
Qeyd olunub ki, hökumətlərarası müqavilələr çərçivəsində xaricə silah tədarükü 54 milyard ABŞ dolları təşkil edib.
ABŞ-ın ən böyük müştəriləri Yaponiya, Mərakeş, İsrail, Sinqapur, Misir, Fransa, İndoneziyadır. (Report)