2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 47,65 min ədəd kassa aparatı idxal edilib ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 48,7% çoxdur.
“İxrac İcmalı”nın dekabr sayının ilkin rəqəmləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal edilmiş kassa aparatlarının dəyəri $9 milyon 502,44 min (artım 39,6%) təşkil edir.
9 ay ərzində Azərbaycana kassa aparatlarının əsas tədarükçüsü Çin olub. Bu ölkədən $7 milyon 848,37 min dəyərində (artım 68,2%) 46,653 min ədəd kassa aparatı (artım 54,3%) idxal edilib. (İnterfaks-Azərbaycan)