Rəqabət Məcəlləsində yer alan təbii inhisar subyektlərinin müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarına dair tənzimləmə üsulları istehlakçı müraciətlərinin səmərəli həllinə fayda verəcək.
“Rəqabət Məcəlləsinin tətbiqi özəl sektorun inkişafına dəstək olacaq” - MÜSAHİBƏ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a bildirilib ki, qurum tərəfindən ötən il təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılan 735 istehlakçı müraciətinin 220-si təmin olunub. Bu sahədə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilən vəsaitin ümumi məbləği 104 min 631 manat təşkil edib.