Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 97 müraciətə baxıb.
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 7 ayda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə baxılmış müraciətlərin 71 %-i və ya 69-u təmin edilib.
"Hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı və rəqabətə zidd digər davranışlarının təsbit edilməsi istiqamətində tədbirlərini davam etdirilir", - deyə Dövlət Xidməti bəyan edib.