Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİCS-ə rəsmi dəvət olunub.
FED.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa bildirib.
BRİCS 2010-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılmış iqtisadi birlikdir.
Siril Ramaposa deyib ki, Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü ildən BRİCS-ə qoşulacaq.
Ramaposa həmçinin bildirib ki, BRİCS liderləri öz ölkələrinin Maliyyə Nazirliklərinə və Mərkəzi Bankına milli valyutalar əsasında ödəniş alətləri və platformalarının işə salınması imkanlarını nəzərdən keçirməyi tapşırıblar.
Cənubi Afrika Prezidenti əlavə edib ki, BRİCS ölkələri dünyada mövcud münaqişələrdən narahatdırlar və dialoq yolu ilə sülh yolu ilə həllin tərəfdarıdırlar. (Marja)