"Növbəti 5 il ərzində SOCAR Türkiyənin törəmə müəssisələrinin səhmlərinin satışı həyata keçirilə bilər"
Bunu Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Enerji A.S"nin baç icraçı direktoru Zaur Qəhramanov son iki il üzrə keçirilən hesabat tədbirində deyib.
Z. Qəhrəmanov bildirib ki, törəmə müəssisələrinin bəziləri Türkiyənin ən aparıcı şirkətlərindən hesab olunur. Ona görə SOCAR Türkiyənin törəmə müəssisələrinin səhmlərinin satışının növbəti 5 ildə həyata keçirilə biləcəyini düşünür.