2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 103 milyon 513 min dollar dəyərində 45 min 343 ton pambıq lifi ixrac edilib.
Eləcə də bax: Azərbaycan bu il pambığı xaricə - 51% BAHA SATIR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə 2022-ci ilin ilk 4 ayında ixrac olunmuş pambıq lifinin statistik dəyəri 6,8% artıb, miqdarı isə 29,8% azalıb.
2021-ci ilin yanvar-aprel dövründə Azərbaycandan 96 milyon 937 min dollar dəyərində 64 min 637 ton pambıq lifi ixrac edilmişdi.
2022-ci ilin ilk 4 ayında Azərbaycandan 18 milyon 243 min dollar dəyərində 4 min 341 ton pambıq iplik ixrac edilib. İxrac edilmiş pambıq ipliyin statistik dəyəri 19,8%, miqdarı isə 23% azalıb. 2021-ci ilin ilk 4 ayında Azərbaycandan 15 milyon 225 min dollar dəyərində 5 min 643 ton pambıq iplik ixrac edilmişdi. (Marja)