Danimarkada son 39 ildə ən yüksək inflyasiya qeydə alınıb.
Eləcə də bax: Almaniyada kəskin bahalaşma – Qiymətlər “Əl Yandırır”
FED.az xəbər verir ki, 1983-cü ildən bəri ilk dəfə olaraq bu ölkədə illik qiymət artımı 7,4%-i keçib.
Rəsmi statistika qurumu bildirir ki, cəmi bir ay əvvəl – apreldə illik inflyasiya 6,7% idi. May ayında isə bu rəqəm 7,4%-ə yüksəlib.
«Bu vaxtilə qiymətlərin 7,6% artdığı 1983-cü ildən bəri ən yüksək qiymət artımıdır» - deyə qurum açıqlayıb.
Bu dövrdə ölkədə ən çox elektrik enerjisi, ərzaq malları, yanacaq və qaz bahalaşıb. Yüksək qiymət artımı enerji daşıyıcılarının bahalaşması, eləcə də Danimarkanın Rusiya qazının pulunu rublla ödəməkdən istina etməsi ilə bağlıdır.