Azərbaycana xaricdən bağlama və poçt göndərişlərinin gətirilməsi ilə bağlı limitə aid yaranan mübahisəli vəziyyət aradan qaldırılıb.
Eləcə də bax: Təcili: «300 dollarlıq limiti hissələrə bölmək olar» - GÖMRÜKDƏN AÇIQLAMA
FED.az xəbətr verir ki, artıq çatdırma və karqo şirkətləri öz müştərilərinə elan ediblər ki, ay ərzində adambaşına 300 dollar limit daxilində istənilən sayda bağlama sifariş verə bilərlər.
Bu qaydanı FED.az-a Dövlət Gömrük Komitəsində də təsdiqləyiblər.
Komitədən FED.az-ın sorğusuna əsasən verilən məlumata görə, Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərə əsasən qərarın 2.1.4-cü yarımbəndində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən dedikdə, yəni vətəndaş tərəfindən bəyannamənin bir dəfə verilməsi nəzərdə tutulur. «Əgər vətəndaş ay ərzində bir dəfə deyil, bir neçə dəfə 300 ABŞ dolları ekvivalenti məbləğini keçməmək şərtilə mal gətirirsə burda vətəndaşa seçim hüquqları verilir. Vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edə bilər, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə hissə bu prosesi həyata keçirə bilər»-deyə komitədən bildirilib.