“Mağazalarda məhsulların vitrin və kassa qiymətində yaranan fərqlərə görə indiyədək olmadığı qədər müraciətlər daxil olub”.
“Supermarketlərdə yenə həmin oyunlar oynanılır”
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.
Şöbə müdiri qeyd edib ki, bütün şikayətlər ətraflı araşdırılır: “Sahibkarlar çox vaxt yaranan qiymət fərqini işçilərdən tutmaq kimi yanlış fikrə düşür. Ümumiyyətlə, belə pozuntu hallarında bəzən 30 qəpiyə görə sahibkarlar 4-6 min manat arası cərimələnib. İstehlakçılar belə problemlərlə qarşılaşdıqda sübutlarla Xidmətə müraciət edə bilər”.