2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. 2020-ci ilin 10 ayında Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilmişdi.
Eləcə də bax: Gələn aydan Rusiyaya pomidor ixracına icazə - AQTA-nın Zəmanətinə Əsasən Veriləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında dəyər ifadəsilə və miqdar ifadəsilə də 25% azalıb.
2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. Beləliklə, oktyabr ayında ixrac demək olar ki, dayanıb (Oktyabrda – 1 milyon 409 min dollarlıq 1 204 ton pomidor ixrac edilib).
Xatırladaq ki, sentyabrda 31 min dollarlıq 34 ton pomidor, avqustda isə 51 min dollarlıq 64 ton pomidor ixrac edilib.