2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 26,2 milyon dollara bərabər olub.
3 ayda Türkiyənin Azərbaycana tekstil ixracı 10 milyon dollara çatıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin mart ayında Türkiyə Gürcüstana 9,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 29,6 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib. (Trend)