Aşağı neft qiymətləri səbəbi ilə mövcud iqtisadi vəziyyəti dəyərləndirən Səudiyyə Ərəbistanı hökuməti 266 mlrd. 600 mln. dollar dəyərində bir çox layihə üçün aparılan danışıqları dayandırıb.
Türkiyə mətbuatında deyildiyinə görə, iqtisadi işlər və inkişaf şurasının rəhbəri vəliəhd Muhamməd bin Salmanın keçirdiyi iclasda bununla bağlı qərar verildiyini bildirib. Bununla belə icrası dayandırılan layihələr barədə detallı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Ər-Riyad hökuməti 26 sentyabrda mövcud iqtisadi vəziyyətlə bağlı nazirlərin, dövlət məmurlarının, şura üzvlərinin maaş və əlavə ödəmələrində ixtisarlar edib.
Apa©
267 mlrd. dollarlıq bir neçə layihənin icrası dayandırılıb
10:30
8 Noy 2016