Son 3 ildə qeyri-neft məhsullarının ixracı 82% artıb. Ötən il qeyri-neft məhsulları 110 ölkəyə ixrac edilib.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 9,8 faiz artıb" - MƏTBUAT KONFRANSI
2023-cü ildə ixrac edilmiş qeyri-neft məhsullarının 2.213 milyon dolları sənayenin, 878 milyon dolları ilkin kənd təsərrüfatı məhsullarının, 257 milyon dolları kənd təsərrüfatı emalının payına düşüb. Azərbaycan məhsulları əsasən Rusiya, Türkiyə, Gürcüstan, Isveçrə, Qazaxıstan, Türkmənistan, Ukrayna, BƏƏ, Qırğızıstan, Rumıniyaya ixrac edilib.
2023-cü ildə şirkətlər üzrə qeyri-neft ixracı:
"Azərenerji" ASC - 402 mln dollar
ARDNŞ "Marketinq və İqtisadi Əməliyyatlar" idarəsi - 374 milyon dollar
"Socar Polymer" MMC - 297 milyon dollaru
"Azəralüminium" MMC - 128 milyon dollar
Şirinov Elvin Valeh oğlu - 128 milyon dollar
"Azergold" QSC - 125 milyon dollar
"MKT İstehsalat Kommersiya" MMC - 89 milyon dollar
"Baku Steel Company" QSC - 63 milyon dollar
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin AR nümayəndəliyi - 59 milyon dollar
"Best Logistik" MMC - 44 milyon dollar